İzah:Amesterdam toplantısı başarıla sona erdi bu toplantıda Güney Azərbaycanın çeşidli teşkilatlari birlik için iştirak etmişdi,biz Amesterdam toplantısının bəyannaməsindən himayəmizi bildiririk (AZKOB)
Sənəddə bildirilir ki, dialoq İranın ictimai-siyasi və iqtisadi böhranlar içərisində çabaladığı günlərdə aparılır: "Siyasi hakimiyyət ciddi sarsıntılar içərisindədir. İranda yaşayan millətlər əvəllər olduğu kimi rejimin basqısı altında yaşamaq istəmədikləri üçün öz etirazlarını bildirirlər. Dini despotizmin sonunun gəldiyi bu günlərdə Azərbaycan türklərinin milli mübarizəsinə daha geniş şəkildə şahid oluruq. Əvvəllər Güney Azərbaycan Milli Hərəkatı "9 may Güney Azərbaycan Tələbə Hərəkatı" (1995-ci il), "Danışır Azərbaycan" (1995-ci il) və Təbrizdə qəbul olunan "I Ana Dili Qurultayının qətnaməsi" (1995-ci il), Bəzz Qalasına yürüşlər, 22 may hadisələri (2006-cı il) kimi önəmli tarixi dərinliyi olan olayları meydana gətirib. Amsterdamdakı dialoq toplantısına qatılan vətəndaşlarımız Milli Hərəkatın sıralarında əhəmiyyətli ortaq tərəflərin var olduğuna qətiyyətlə inanırlar. Eyni zamanda toplantı iştirakçıları Güney Azərbaycan Milli Hərəkatının sıralarında çeşidli fikir və siyasi axınların var olduğunu bir reallıq və sağlam durum kimi görürlər. Bu görüş dəyişikliyi mədəni muxtariyyəti, federalizmi, istiqlaliyyəti və Bütöv Azərbaycan dövləti qurmaq kimi platformaları özündə ehtiva edir. Dialoq tərəfdarları bütün dəyişik görüşləri Azərbaycanın qanuni siyasi cərəyanları kimi qəbul edir və fərqliliklərin bir zənginlik olduğuna inanır". Bəyannamədə qeyd olunur ki, İran İslam Respublikası daxildən və xaricdən ciddi təzyiqlər altındadır. Bu səbəbdən rejim hər gün cəmiyyət üzərində basqısını artırmaq və Milli Hərəkatı əzmək istəyəcək: "Milli dirəniş artdıqca rejimin təzyiqləri çoxala bilər. Çünki hakimiyyət bu durumdan geri addım atarsa, öz məğlubiyyətinə imza atmış olar. Bu üzdən də gün keçdikcə rejimin təzyiqlərinin artmasına şahid oluruq. Belə bir durumda Milli Hərəkatın xaricdəki fəallarının üzərinə böyük tarixi məsuliyyət düşür. Bu milli-tarixi vəzifəni anlamaq üçün millətimizin əsas istəklərini dərk edib bütün imkanlara dayanaraq, Milli Hərəkatı müdafiə etməli və gücləndirməliyik. 21 Azər Seyid Cəfər Pişəvərinin öz millətinə güvənərək tarix yaratdığı milli bir gündür. Bu tarixi gün münasibətilə Vətənimizin qurtuluşuyla bağlı qərara gəlmək, milli birlik nümunəsi sərgiləmək heç də təsadüfi deyil. Milli Hərəkatın genişmiqyaslı olduğunu qəbul edən toplantı iştirakçıları bütün fərqli görüşləri nəzərə alaraq, aşağıdakı maddələri ortaq prinsiplər olaraq qəbul edir:
1. Toplantı iştirakçıları Güney Azərbaycan türklərinin milli azadlığı yolunda mübarizədə bugünkü fars şovinizmini təmsil edən İran İslam Respublikasını əsas maneə kimi görür. Çünki bu rejim hər cür demokratik dəyişikliyə qarşıdır.
2. Milli Hərəkatın amalı Güney Azərbaycanda milli-demokratik dövlət qurmaqdır. Azərbaycan türkləri öz müqəddəratını təyin etməkdə son söz sahibidir. Bundan əlavə, Güney Azərbayanın hüdudları xaricində yaşayan digər türk toplumlarının milli haqlarını da qorumaq vacibdir.
3. Milli Hərəkat sekulyar dövlət qurulmasının tərəfdarıdır və bu yolda mübarizə aparır.
4. Türk dili (Azərbaycan türkcəsi) rəsmi dövlət dili olmalıdır. Bütün ölkədə yaşayan türklər üçün media şəbəkələri qurulmalıdır. Azərbaycanın elmi, texniki və iqtisadi inkişafı təmin olunmalı, millətimizin yaşayış səviyyəsi dünyanın inkişaf etmiş millətləri səviyyəsinə yüksəlməlidir.
5. Milli Hərəkat bütün sahələrdə qadın-kişi hüquq bərabərliyi yolunda mübarizə aparır.
6. Din, məzhəb, məslək, inanc, söz, mətbuat, şirkət yaratmaq, siyasi partiya qurmaq, geyim və yaşam tərzi kimi bütün mədəni azadlıqlar qeyd-şərtsiz təmin olunmalıdır.
7. Milli Hərəkat edama və hər cür işgəncəyə qəti şəkildə qarşıdır.
8. Milli Hərəkat ari şovinist sisteminin təmsilçisi olan İran İslam Respublikasının Güney Azərbaycanda demoqrafik vəziyyəti dəyişdirmək siyasətinə qarşı çıxıb, bu rejimin zülmü altında yaşayan digər millətlərlə işbirliyi qurmalıdır.
9. Yuxarıda qeyd olunan hədəflərə çatmaq üçün xaricdə fəaliyyət göstərən milli qüvvələr daxildə gedən milli mübarizəni diqqətlə təqib etməli və ona beynəlxalq insan haqları mərkəzlərindən dəstək qazanmalı, Azərbaycana qarşı informasiya blokadasını qırmalı və bütün dünyada milli mənafeyimiz üçün lobbiçilik qurumlarını təşkilatlandırmalıdır.
10. Güney Azərbaycan Milli Hərəkatı müstəqil, demokratik və modern bir hərəkatdır.
11. Milli Hərəkat Ümumdünya İnsan Haqları Bəyannaməsinin və ona bağlı konvensiyaların Güney Azərbaycanda həyata keçirilməsi üçün mübarizə aparır.
12. Toplantı iştirakçıları yuxarıdakı prinsiplərə dayanaraq, Güney Azərbaycan Milli Hərəkatında fəaliyyət göstərən bütün təşkilatlar və şəxsləri davamlı işbirliyi mexanizminin qurulmasına çağırır. Yaşasın Azərbayan!, Yaşasın milli birliyimiz!"
Qeyd: DAK Daimi Şurasının sədri Əjdər Tağızadənin çıxışını və toplantının şəkillərini yaxın saatlarda sizlərə təqdim edəcəyik
Çarşamba, Aralık 16, 2009
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder