Salı, Eylül 19, 2006

ÇAĞRİ

www.azkob.blogspot.com
************************************
*************************
************
World Azerbaijanis Congress, WAC P. O. Box 11217, Washington, DC 20008-1217Tel: 240.620.8802 - Fax: 703.349.3186
http://www.azerbaijanis-congress.com/
world@azerbaijanis-congress.com


Güney Azərbaycanda yeni təhsil ilinin açılışı ilə bağlı
Dünya Azərbaycanlıları Kongresinin çağırışı!
Əziz Azərbaycan Türk Milleti!
1385-07-01 (2006-09-23) günü, İran adlanan yerdə yeni təhsil fəsili başlayır. Panfaşist fars rejimi 80 ildir ki, fars olmayan xalqların milli dil və varlığını danmaqda davam edir.
Dünya Azərbaycanlıları Kongeresi – DAK, Azərbaycan adı daşıyan bütün parti, ictimai birlik, sosiyal-siyasal qurumları Güney Azərbaycanda dəvam edən fars apartaydına qarşi iş birliyinə çağırır. Yalnız, güc və yön birliyi ilə bu zalım və geriçi sistemin qarşısını almaq mümkundur. Bugün 35,000000 soydaşımız, güneydə ölüm-qalım davası aparmaqda ikən, uzaqdan oturub soyuqqanlılıqla yanaşmaq Azərbaycan türkünün şan və şərəfinə sığılmayandır. Bu üzdən soydaşlıq, insanlıq, demokratiya adına bütün qurum başqanlarına müraciət edir, siyasi və sosiyal durumundan asılı olmayaraq Quzeydə və diaspor adına dünyada fealiyyət göstərən hər kəsi iş birliyinə çağırırıq.
Bugün, Güney Azərbaycan Öyrənci Hərəkatına dəstək olmaq hər bir qurum liderinin ən başda gələn milli görəvidir. 1 mehr (23 sentyabr) bu dəstəyin təcəllisi və göstərisidir.
Əziz Soydaş,
sayın Parti başqanı!
35,000000-luq Güneyli soydaşının sənin dəstəyinə ehtiyacı vardır. Bu kəz Güney adına meydana çıxmağınız arzu olunur. Sizi, Bütöv Azərbaycan İdeyası adından bu milli davaya çağırır, Təbrizlə, Urmuyla, Ərdəbillə, bir sözlə güneylə vahid bir zamanda ayaqda olmağınız təməni edilir. Güney Azərbaycan Öyrənci Hərəkatı tərəfindən səsləniləcək;
"Haray, haray mən Türkəm,
Dil apartaydına son,
Mənim dilim ölən deyil, başqa dilə dönən deyil,
Ölüm olsun fars şovinizminə,
Faşizmə son,
And ola pak ruhuna, Torpağına-Uğruna, Yerdə qalanmaz bu qan;
Azərbaycan adına, Şəhidlərin Qanına, Qalx ayağa millətim!
Və b... soluqanlarla hərəkətə gəlib, Fars şovinizminin antibəşəri simasını dünyaya göstərək.
Zaman : 1 mehr 1385 (23 sentyabr 2006)
Məkan : Təbriz, Bakı və yaşadığımız bütün məkanlar
Güneyimizə İstiqlal, Azərbaycanımıza Bütövlük diləyi ile
Dünya Azərbaycanlıları Kongresi – DAK
Siyasi Bölmə
2006-09-17

AZERBAYCAN KOMÜNİSTLİK BİLDİRİLERİ öz himayesini bu çağriya dayir elan edir

AZERBAYCAN İŞÇİSİ ÖZGÜRLÜGÜN BAŞÇİSİ

(AZKOB)

Hiç yorum yok: