Pazartesi, Mayıs 29, 2006

May ayının 28-də səhər saatlarında minlərlə azərbaycanlı tələbə Tehranda yerləşən İran məclisi qarşısında mitinq keçirdilər. Xüsusi təyinatlı polis qüvvələri tələbələrə hücum çəkib onlardan 200-dən çoxunu həbs etdilər. Tələbələr isə öz növbəsində çox mədəni və insani bir formada aksiya keçirirdilər, amma polis onlarla vəhşicəsinə davranırdı. Tələbələr əllərində Azərbaycan dilində yazılmış plakatlarla İranda Azərbaycan dilinin rəsmi dil elan olunmasını, tutulanların azadlığa buraxılmasını və 24 saatlıq özəl Azərbaycan dilində TV tələb etdilər. Azərbaycanlı tələbələrin şüarları bu cür idi:
Haray Haray, mən Türkəm Yaşasın Azərbaycan Mənim dilim ölən deyil, başqa dilə dönen deyilAksiyada tutulanların adlarını təqdim edirik: Xanım Sultani Mecid Hüseyni ehmed Valayi Alırza Serrafi Başqa tutulanların adları ise bu ana qeder belli olmayıb. Hemçinin tanınmış Azerbaycan feallarından olan dünen Tehranda olan ekber Azad, Tebrizde olan Hesen Demirçi ve oğlu Babek, erdebilde Rza Kazemini ve Urmiyada elirza Cevanbexti hebs edilib. Bugün Tehran metrosu qapanıb və cib telefonları çalışmır. Bugün axşam saatlarında Azərbaycanın böyük şəhərləri, o cümlədən Təbriz və Urmiyada mitinqlərin baş tutması gözlənilir.

Hiç yorum yok: